“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində Makedoniya “Metallurg”una qarşı keçirəcəyini cavab matçı öncəsi özünüzü necə hiss edirsiz?
- Əlbəttə, minimal hesablı qələbə hələ özümüzü bir o qədər də inamlı hiss etməyimizə imkan vermir. Amma bizim növbəti mərhələyə adlamaq vəzifəmiz qismən də olsa, yerinə yetirilib.
- Daha böyük hesabla qalib gələ bilərdiniz?
- Daha çox qol vurmaq üçün çalışsaq da, alınmadı. Amma Makedoniyadakı oyun öncəsi üzləşdiyimiz çətinlikləri, eyni zamanda hansı şərtlər altında oynadığımızı nəzərə alsaq, nəticəni tamamilə normal saymaq olar.
- Siz digər komanda yoldaşlarınıza nisbətən nəticədən daha razı görünürsüz?
- Bəli. Mən şadam ki, ilk oyundan qalib ayrıldıq. Əlbəttə, biz hələ heç nəyə nail olmamışıq. Sadəcə, mərhələ adlamaq yolunda önəmli bir addım atdıq. Amma hələ də şanslar 50-nin 50-yədi.
- Niyə?
- Cavab matçına belə hazırlaşmaq daha asan olur (gülür). Makedoniya təmsilçisi kifayət qədər yaxşı komandadı.
- Sizcə, “Metallurg” Bakıda sürpriz edə bilər?
- Hər şey ola bilər. Amma biz onların sürpriz etməsinə imkan verməməliyik.
- Necə?
- İlk növbədə oyuna yaxşı köklənməklə. Bunun üçün isə ilk oyundakı üstünlüyümüzü unutmağımız lazımdı. Tribunaların dəstəyi də bizim üçün vacibdi. Həmin gün stadionda çoxlu azarkeş görmək istəyirik.
İdman24.az