13:30 16.10.2024 1149

"Yığma üzvlərinin fiziki hazırlıqları və texniki bacarıqları istənilən səviyyədə deyil" - Yaşar Vahabzadə

Əsas yığma kimi, 21 yaşadək futbolçulardan ibarət millinin, o cümlədən aşağı yaş qruplarından ibarət komandaların sentyabr-oktyabr aylarındakı çıxışları fiasko sayılmalıdır. Xüsusilə Samir Əliyevin rəhbərlik etdiyi gənclər son iki seçmə oyunda cəmi 12 qol buraxıb darmadağına məruz qaldı. Sabahın əsas millisinin üzvləri olan futbolçular olan-qalan ümidləri də dəfn etməkdədir. AFFA yığmaların çıxışı ilə bağlı necə ölçü götürəcək? Məşqçilər Komitəsi (MK) bu barədə quruma hansı təlimatları çatdırıb?

MK-nın üzvü, U-21-in sabiq çalışdırıcısı Yaşar Vahabzadə ilə əlaqə saxlayıb bu barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a dedikləri belə oldu:

"Konkret, U-21-in son iki oyunundakı böyük hesablı məğlubiyyətlərdən danışırıqsa, İngiltərəni hardasa başa düşmək olar. Sürət, fiziki göstəricilər, texnika, taktika, fərdi keyfiyyət - rəqib qat-qat üstündür. Amma Şimali İrlandiyayla oyunun nəticəsi ilə bağlı tənqidlərlə razıyam. Çünki irlandlar bizimkilərdən bir baş üstün deyil. Aşağı-yuxarı eyni səviyyəli komandadır. Yəni onlardan hətta xal almaq olardı, nəinki 0:5 uduzmaq. Həmin oyunda buraxılan səhvlər bağışlanmazdır". 

Vahabzadə U-21-in uğursuzluğunun səbəbini də göstərdi: "Yığmada 2-3 nəfərin adını çəkə bilərik ki, Premyer Liqada müntəzəm oynayır, əsas heyət üzvüdür. Qalanları sonradan meydana çıxır, 5-10 dəqiqə oynayır. Bu oyun tempi ilə atletik ingilislərə və ya irlandlara qarşı heç nə etmək olmaz. Hətta U-21-də bir çox oyunlular var ki, I Liqadan çağırılıblar. I Liqada alışdığı templə güclü rəqibə müqavimət göstərmək mümkünsüzdür. İngiltərənin heyətindəki "7 nömrə"nin ("Arsenal"ın yetirməsi olan, "Çelsi"də də çıxış etmiş Omari Hatçinsonu nəzərdə tutur-red.) oyununu gördünüz, eləcə də digərləri - tamam başqa səviyyədir. 
Yığma üzvləri üzərlərində işləmirlər. Klub məşqçisi hədəfdən asılı olaraq, kimisə az oynada bilər, gənc futbolçu ruhdan düşməməlidir. Əksinə, üzərində işləyib heyətə düşməyə can atmalıdır. Bizimkilərdə o çalışqanlıq yoxdur. Çünki futbolçu milliyə üç günlük gəlir. Bu müddətdə məşqçilər onlara yalnız taktiki məlumatlar çatdıra bilərlər. Futbolçunun formada olub-olmaması onun özündən asılıdır".  

Təcrübəli mütəxəssis U-21 və digər aşağı yaş qrupplarından ibarət milli komandaların çıxışı ilə bağlı hesabat hazırladıqlarını və AFFA-ya təqdim etdiklərini bildirdi: "Aşağı yaş qruplarının nəticələri də ürəkaçan deyil. Onlarla bağlı vəziyyətin - uğursuzluğun səbəbi bizə aydındır. Çünki Məşqçilər Komitəsinin üzvləri mütəmadi onları izləyir, təhlil edirik. Məsələn, U-16 ilə Ərzurum toplanışına mən getmişdim. Məşqçiləri vəziyyətdən çıxarmaq kimi niyyətim yoxdur, amma insafən, turnirin gedişində hər şey normal görünürdü. Məşqçilər rəqibi təhlil edir, uşaqlara məlumatları çatdırır, buna uyğun olaraq meydanda taktiki məşqlər keçirdilər. Amma oyuna çıxanda ciddi problemlər olurdu. Niyə? Çünki onların fiziki hazırlığı və texniki bacarıqları istənilən səviyyədə deyil. Məşqçidən aldıqları təlimatları icra edə bilmirlər. Onları da çox qınamaq olmur. 15-16 yaşlı uşaqlar öz liqalarında asfaltın üstündə oynayırlar, gündəlik məşq edirlər. Elə klub göstərə bilərsiz ki, 15-19 yaşlıları təbii örtüklü meydançada oynayır? Təbiisi bir yana, heç normal vəziyyətdə olan süni meydançada belə oynamırlar, "kavralit"də məşq edirlər. 
Problemlər çoxdur, bunlara çarə tapılmalıdır. AFFA-ya təqdim etdiyimiz geniş hesabatda obyektiv-subyektiv səbəbləri göstərmişik".

Mirağa  

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2025
14:19

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə iki gümüş medal qazandılar

13:52

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

13:20

"Fərdi mükafatlar məni qətiyyən maraqlandırmır" - Enrike "Qızıl top"dan danışdı

12:50

Avropa Gümüş Liqası: Millimiz növbəti matçına çıxır

12:18

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

11:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Dünya çempionatı: Hidayət Heydərov və daha 2 cüdoçumuz mübarizəyə başlayır

10:45

Günün oyunları bu kanallarda - AFİŞA

10:07

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

09:40

İlkay Gündoğan "Mançester Siti"ni bu kluba dəyişir - Danışıqlar başladı

09:00

Messinin komandası "Əl-Əhli" ilə bacarmadı

08:30

Azərbaycanda Milli Qurtuluş Günüdür

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

19:13

MY 71,4 milyon avro ödəməyə hazır olsa da...

18:52

Azərbaycan millisi "Devis Cup"da 3-cü qrupa yüksəldi

18:12

"Napoli"dən yeni transfer - RƏSMİ

17:40

Vüqar Kimuraya qalib gəldi

16:54

"Şamaxı"da daha bir müqavilə

16:08

"Zirə" Hacıağa Hacılı ilə müqavilə yenilədi

15:44

Çempion Kyezanı apara biləcəkmi? - SON DURUM

15:14

Klublararası dünya çempionatının oyunlarını bu kanallar yayımlayacaq

14:09

"Barselona" gənc istedadı bu qiymətə alır - Tərəflər razılaşdılar

13:48

"Roma" Dovbiklə bağlı qərarını qətiləşdirdi

13:20

Azərbaycan Qış İdmanı Növləri Federasiyası FIS-in tamhüquqlu üzvü oldu

12:42

"Zirə" iki futbolçusu ilə əməkdaşlığa son qoydu

12:10

"Real"ın ulduzu ümidini itirmir

11:51

"Liverpul"un qapıçısı "Ayaks"a keçmək üzrədir

11:23

Azərbaycan yığması Rumıniya ilə üz-üzə

10:06

"Mənimlə DÇ-ni qazanmış oğlanı milliyə baş məşqçi təyin etsəydilər, sevinərdim"

09:36

DÇ: Bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə başlayacaq

09:00

"Mançester Siti" rekord məbləğə aldığını yarı qiymətinə sata bilmir

13 İyun 2025
23:46

AÇ: Nəzrin medalını "tuş"la qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X