Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”ın qonağı olacaq “Ayaks” bu gün Niderland çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Amsterdam təmsilçisi 9-cu turda “Herakles”in qonağı olub.
Oyun paytaxt komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarının sayını 16-ya çatdıran "Ayaks" 3-cü yerə yüksəlib. İki oyun çox keçirən lider PSV-nin isə 27 xalı var.
Qeyd edək ki, “Qarabağ” - “Ayaks” qarşılaşması oktyabrın 24-ü Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.