“Arsenal”, “Mançester Siti” və “Liverpul” kimi nəhəng klublardakı çıxışı ilə tanınan Kolo Turenin oğlu İngiltərənin üçüncü liqa klubuna keçib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, Yassin Ture "Rekshem"ə qoşulub.
18 yaşlı hücumçu daha əvvəl "Seltik" və "Lester"in akademiyalarında çıxış edib.
Hollivud aktyorları Rayan Reynolds və Rob Makkelhenninin birgə sahibi olduğu Uels klubu İngiltərə çempionatının üçüncü divizionunda hazırda 3-cü yerdə qərarlaşıb.
Mirağa