Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda səfərdə Kosovo yığması ilə qarşılaşacaq.
A qrupunun görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Üçüncü pillədə qərarlaşan millimizin, eləcə də Kosovonun 5 xalı var. Lider isə 8 xalla İsveçrədir. 2-ci yerdə qərarlaşan İrlandiyanın 6 xalı var.
Millimiz qrupdakı son iki oyuna 12 basketbolçu ilə hazırlaşır: Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov , Ulaş Turqut, Sadettin Donat, Ercan Donat, Orxan Aydın, Donta Hall.
Yığma fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.
Qeyd edək ki, İsveçrə 8 xalla qrupda liderdir. İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncüdür. Eyni xala malik Kosovo dördüncü pillədə qərarlaşıb.