Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Metallurq" matçının biletləri sabahdan satışa çıxarılacaq.
Qol.Az-ın məlumatına görə, artıq biletlərin qiyməti də müəyyənləşib.
VİP və C sektoruna olan biletlərin qiyməti 20 manatdır. A və B sektorlarının biletləri satışa çıxarılmayıb. Qalan bütün sektorlara biletlərin qiyməti 1 manat olaraq göstərilir.
Qeyd edək ki, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək "Qarabağ" - "Metallurq" oyunu iyulun 11-də, saat 21:00-da başlayacaq. Bu komandalar arasında Makedoniyada baş tutan görüş 1:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatmışdı.
İdman24.az