"Çelsi" heyətini 2 yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Əslində, mənbə London təmsilçisinin "Sportinq"dən Covanni Kenda ilə anlaşdığını bir neçə gün öncə xəbər vermişdi. İndi isə məlum olub ki, "zadəganlar" Portuqaliya təmsilçisinin 2 oyunçusunu transfer edir. "Çelsi" Dariu Esuqanı da alıb. İngilislər 2 transferə görə 74 milyon avro ödəyib.
Kendanın 17 yaşı var və cinah yarımmüdafiəçisi kimi çıxış edir. 20 yaşlı Esuqa isə müdafiəçidir və hazırda icarə əsasında "Las Palmas"da oynayır.
Esuqu 2025-ci ilin yayında “Çelsi”yə keçəcək. Kenda isə bir il “Sportinq”də qalacaq və 2026-cı ilin yayında “Çelsi”yə qoşulacaq.