"Mançester Siti"nin hücumçusu Erlinq Holand 4 milyon funt-sterlinq dəyərində unikal "Bugatti Tourbillon"u avtomobil kolleksiyasına əlavə edib.
Fanat.Az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin məlumatına görə, cəmi 250 ədəd məhdud sayda istehsal olunan bu superkar təkcə futuristik dizaynı ilə deyil, həm də inanılmaz texniki xüsusiyyətləri ilə heyran edir.
Holand bu avtomobili dostu, məşhur superkar kolleksiyaçısı, norveçli milyarder Ole Ertvaqla birlikdə alıb. Onlar ölkənin tətbiq etdiyi hibrid benzinli avtomobillərə daha da yüksək idxal vergilərindən qaçmaq üçün aprelin 1-dək avtomobili Norveçdə qeydiyyata alacaqlar.
Mirağa