Martın 25-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Belarus yığması rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv bu nəticəni Tacikistanla oyunda reallaşdırıb
Qonaqlar Düşənbədə keçirilən yoldaşlıq görüşündə 5:0 hesablı qələbə qazanıblar.
Belarus seçməsi daha əvvəl üç dəfə bunu bacarıb. 1998-ci ildə Litva, 2018-ci ildə isə San Marino seçməsinin qapısından 5 cavabsız top keçirən belaruslular 2014-cü ildə Tacikistan millisini 6:1 hesabı ilə üstələyiblər.
Tacikistandakı görüş daha bir əlamətdar hadisə ilə tarixə düşüb. Belə ki, Belarus millisi ən böyükhesablı səfər qələbəsini qazanıb.
Qeyd edək ki, Azərbaycan – Belarus oyunu “Bank Respublika Arena”da baş tutacaq.