Haiti millisinin baş məşqçisi Sebastien Minye sabah Azərbaycana qarşı keçiriləcəkləri yoldaşlıq görüşü haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, matçdan öncə baş tutan mətbuat konfransında belə danışıb:
"Sabahkı oyunda qələbə qazanmaq istəyirik. Bilirik ki, çətin olacaq, çünki rəqib çox yaxşı komandadır. Xüsusilə də öz vəziyyətimizi dəyərləndirmək üçün bu matç yaxşı testdir. Qarşıda dünya çempionatının təsnifat mərhələsi və yayda keçiriləcək "Gold Cup" var. Bura gəldikdən komandaya meydana qələbə üçün çıxmağı aşılamışıq. İlk dəfə belə bir komandaya qarşı oynayacağıq. Avropa təlim-məşq toplanışının son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq.
Yaxşı platforma və skautlarımız var. Analitika komandamız böyük olmasa da, rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək nisbətən rahatdır. Rəqibi təhlil etmişik, yaxşı rəqibdir. Amma mən daha çox öz komandamın oyununu düşünürəm.
Müəyyən fikirlərim var. Hələ bir məşqimiz də olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəyəm. Heyətdə zədəli oyunçu yoxdur".