17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, yığmamız AÇ-2025-in ikinci seçmə mərhələsində Uelslə üz-üzə gələcək.
Görüş Albaniyanın Elbasan şəhərində baş tutacaq. İlk turda Albaniyaya 1:4 hesabı ilə uduzan yığmamız turnirdə son sınağına çıxacaq.
Qeyd edək ki, üç komandanın yer aldığı qrupun martın 25-də keçiriləcək son oyununda Albaniya ilə Uels üz-üzə gələcək.
AÇ-2025
2-ci seçmə mərhələ
22 mart
15:00. Uels – Azərbaycan
“Elbasan Arena”