Haiti yığmasının baş məşqçisi Sebastyan Minye Azərbaycan millisi ilə yoldaşlıq görüşünü (3:0) şərh edib.
Fanat.Az xəbər verir ki, fransız mütəxəssis Sumqayıtda keçirilən matçla bağlı belə danışıb:
“Komandamın oyunundan razı qaldım. Bilirdik ki, bizi çətin oyun gözləyir. Bu, ardıcıl doqquzuncu qələbəmizdir. Bizim üçün bu, tarixi nailiyyətdir. Bu həm də bizim Avropada ilk qələbəmizdir. Biz güclü komandaya qarşı oynadıq".