"Yaxşı çıxış etdik. Bu qələbə bizim zəhmətimizin bəhrəsi idi. Hücumda etibarlı oynadıq".
Fanat.Az xəbər verir ki, bunu Haiti millisinin yarımmüdafiəçisi Leverton Pyer Azərbaycan millisinə Sumqayıtda 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra deyib.
Orta xətt oyunçusu belə danışıb: "Ümumilikdə oyun gərgin keçdi. Rəqibin yaxşı keyfiyyətlərini qeyd etmək lazımdır. Amma biz yüksək təzyiqdən istifadə etdik. Azərbaycan yığması üçün yaxşı gün deyildi. Rəqibin daha çox sol cinahı yaxşı çıxış etdi".