Martın ortalarında "Səbail"dən istefaya göndərilən Cavid Hüseynovun yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, gənc məşqçi köhnə-yeni komandası "Cəbrayıl"ın sükanı arxasına keçib.
Artıq Qarabağ təmsilçisini məşqlərə Hüseynov çıxarır. O, "Neftçi"nin köhnə bazasında baş tutan çalışmalarda komandaya başçılıq edib.
Qeyd edək ki, "Cəbrayıl" I Liqada çıxış edir və 19 turdan sonra 16 xalla sonuncudan əvvəlki - 9-cu yerdə qərarlaşıb.
Mirağa