“Sabah”ın futbolçusu Boyan Letiç Misli Premyer Liqasında yubiley oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı sebiyalı müdafiəçinin 100-cü matçı XXIX tura təsadüf edib.
Bu matçlara yalnız “Sabah”ın heyətində çıxan legioner futbolçu 4 qola imza atıb. Onun debütü 2021/2022 mövsümündə gerçəkləşib. Letiç 2022-ci il fevralın 27-də, “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib.
Qeyd edək ki, müdafiəçinin yubiley oyununda komandası “Kəpəz”ə 0:1 hesabı ilə uduzub.