Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində dünən Almaniyada "İnter"ə uduzan "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani yenilgini şərh edib.
Fanat.Az-ın məlumatına görə, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Sona qədər qol epizodları yaratdıq, amma yekun hesab heç də həmişə ədalətli olmur. Əslində, yalnız birinci yarı arxada qalıb. İlk hissədə 1:2 hesablı məğlubiyyət hələ hər şeyin bitməsi anlamında deyil. Belə durumlarda heç kim "vəssalam, təslim oluram, evə gedək" demir. Milanda qələbə qazanacağımıza inanırıq".
Nihat