Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində son səfər matçına çıxıb.
Fanat.Az xəbər verir ki, komandamız “Helsinqborq Arena”da İsveç seçməsi ilə üz-üzə gəlib.
Zədə səbəbindən bir neçə əsas oyunçusunun xudmətindən məhrum olan millimiz oyuna yaxşı başlasa da, 3:4 hesabı ilə uduzub.
Yığmamızın heyətində Oqtay Rüstəmli dubla imza atıb, Xətai Bağırov isə üçüncü qolu vurub.
5-ci qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu – dördüncüdür.
Millimiz qrupda son oyununu aprelin 15-də, Bakı idman Sarayında keçirəcək. Xorvatiya ilə oyun saat 20:00-da start götürəcək.