"Vaşinqton"un hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqası (NHL) tarixinin rekordçusuna çevrilib.
Fanat.Az TASS-a istinadən xəbər verir ki, o, NHL tarixində ən çox pul qazanan oyunçu olub.
2005/2006 mövsümündən NHL-də çıxış etməyə başlayan 39 yaşlı hokkeyçi karyerası ərzində ümumilikdə 161,72 milyon dollar qazanmağa nail olub ki, bu da rekorddur.
Oveçkin "Vaşinqton"la müqaviləsinin müddəti növbəti mövsüm başa çatır. Hücumçu həmin müddət ərzində daha 9 milyon dollar gəlir əldə edəcək.
Qeyd edək ki, Aleksandr Oveçkin bir müddət əvvəl NHL-in müntəzəm mövsümündə "Nyu-York Aylenders"ə qarşı oyunda 895-ci qolunu vurmaqla Stenli Kubokunun dördqat qalibi Ueyn Qretskiyə məxsus rekordu qırıb.