Sörfinq üzrə yarışan ilk transgender qadın Saşa Ceyn Lauerson üç il əvvəl kişi olaraq, Rayan Eqan kimi qalib olduğu eyni çempionatda tarixi qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı idmançı Avalonda (Avstraliya) yerləşən çimərlikdə "West Coast Suspensions Longboard" və "Logger State Championship"də qadınlar arasında yarışları iki fərqli kateqoriyada qazanıb.
Beləliklə Lauerson eyni yarışı həm kişi həm də qadın olaraq qazanan idmançı kimi tarixə düşüb.
Emin