"İnter"in qapıçısı Yan Zommer UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasından - "Bayern Münhen"lə ev oyunundan (2:2) sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini jurnalist Kerri Hau sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:
"Bayern" bizə sərt şəkildə təzyiq etdi. Düzünü deyəcəm, şadam ki, oyun əlavə vaxta getmədi".
Xatırladaq ki, Almaniyadakı matçda 2:1 hesablı qələbə qazanan "İnter" yarımfinala yüksəlib. "Qara-göylər" 1/2 finalda "Barselona" ilə qarşılaşacaqlar.
Nihat