Almaniyanın 2-ci Bundesliqasının 30-cu turunda öz meydanında "Padeborn"a 2:3 hesabı ilə uduzan "Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emreli şəxsi "Instagram" hesabında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 27 yaşlı hücumçu dubl etdiyi görüşün ardından belə bir paylaşım edib:
"Bu, gözlədiyimiz nəticə deyil. Buna baxmayaraq, mübarizə apardığımız üçün qürur duyuruq. Komanda ilə fəxr edirik. Biz daha güclü qayıdacağıq. Dəstəyiniz üçün minnətdarıq".