AFFA İntizam Komitəsi növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantıda Misli Premyer Liqasında XXXI turun görüşlərdə yaşananlar müzakirə olunaraq hüquqi ölçü götürülüb.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 78-ci dəqiqədə “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub 500 manat cərimələnib.
Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimə edilib.
“Turan Tovuz” isə azarkeşləri pirotexniki vasitədən istifadə etdikləri üçün 1 500 manat ziyana düşüb.
Bundan başqa, "Şamaxı" - "Kəpəz" matçının 85-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Bölgə təmsilçisi legionerin hərəkətinə görə 500 manat cərimələnib.
"Kəpəz" isə ehtiyat skamyaya dəymiş zərərə görə ziyan düşüb. Dəymiş zərərin "Kəpəz" tərəfindən qarşılanması qərara alınıb.