Uzun müddətdir "Real Madrid"lə adı hallanan Xabi Alonsonu "Bayer Leverkuzen"də əvəzləyəcək mütəxəssisin kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, "Mançester Yunayted"in və "Ayaks"ın sabiq baş məşqçisi Erik ten Haq yeni mövsümdən Almaniya klubunda fəaliyyətə başlayacaq.
Ten Haq "Ayaks"da xüsusilə uğurlu nəticələr əldə edərək, Amsterdam komandasını 2018/19 Çempionlar Liqasının yarımfinalına çıxarmağı bacarıb.
“Mançester Yunayted”lə isə İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb, lakin 2024-cü ilin payızında çempionatdakı uğursuz nəticələrə görə işdən çıxarılıb.