Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Arsenal"ı 1:0 hesabı ilə məğlub edən PSJ-nin baş məşqçisi Luis Enrike qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:
"Belə oyunlarda emosiyalar yüksəkdə olur. Buna görə də təhlillər aparmaq çətinləşir. Stadionda əla ab-hava var idi, amma biz necə komanda olduğumuzu göstərdik. Ortaya əsl komanda ruhu qoyduq. Bu, əsl həzzdir.
Öz üslubumuzda oynamağa çalışdıq və matçın başlanğıcında özünəinam üçün vacib olan qol vurduq. Bəzən işimiz asan olmurdu, lakin ikinci qolu da vura bilərdik".
Xatırladaq ki, tərəflərin Parisdəki cavab qarşılaşması mayın 7-də keçiriləcək.
Nihat