"Yuventus" polşalı hücumçusu Arkadiuş Milik ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Yeni müqavilə 2027-ci il iyunun 30-na kimi qüvvədə olacaq.
Zədə səbəbindən bu mövsüm heç bir oyun keçirməyən 31 yaşlı forvard maddi baxımından "Yuventus"a sərfəli olduğu üçün komandada saxlanılıb.
Milik ötən ilin iyununda Polşa və Ukrayna yığmaları arasında baş tutan yoldaşlıq oyununda zədələnib.
Arkadiuş 2022-ci ildən "Yuventus"da çıxış edir və bu müddətdə "qoca sinyora"Nın heyətində bütün turnirlərdə 75 matça çıxaraq 17 qol vurub.