Azərbaycanın qadınlardan ibarət futbol millisi UEFA Millətlər Liqasında sonuncu oyununu keçirib.
Fanat.Az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Litvanı qəbul edib.
Qrupdakı son oyunu Bayıl stadionunda keçirən yığmamız seçmə mərhələni darmadağınla başa vurub. Yığma rəqibinə böyük hesabla məğlub olub - 0:5.