Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirinin qrup mərhələsində Azərbaycan yığması çıxışını başa vurub.
Qrupda son oyununu bu gün AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçirən yığmamız Rəhman Hacıyev, Elvin Məmmədov və Nurlan Novruzovun vurduğu qollar sayəsində İraq komandası üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Komandamız turnirin ilk oyununda Mali yığmasına, ikinci qarşılaşmada isə Kanada komandasına, müvafiq olaraq, 4:0 və 2:0 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, qrupda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran Azərbaycan yığması 1/4 final mərhələsinə qrup birincisi olaraq vəsiqə qazanıb. Yığmamız iyulun 10-da, saat 21:00-da, "Dalğa Arena"da keçiriləcək 1/4 final oyununda B qrupunda ikinci yeri tutmuş Bəhreyn komandası ilə qarşılaşacaq.
İdman24.az