Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirində keçirilmiş Azərbaycan - İraq oyunundan sonra yığmamızın baş məşqçisi Nazim Süleymanov affa.az saytına fikirlərini bildirib:
“İraq yığması qrupun lideri sayılırdı. Buna görə də futbolçuları oyuna xüsusi olaraq kökləməyə ehtiyac yox idi. Bizim onlardan daha üstün olduğuna inanırdım. Bu üstünlüyü meydanda sübut etmək qalırdı. Uşaqlar bunu bacardılar, buna görə onlara təşəkkür edirəm. Növbəti rəqib Bəhreyn komandasıdır. Vaxt az olduğu üçün yaxşı bərpa prosesi keçməliyik”.