18:49 03.07.2025 362

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

Azərbaycan Kubokunun son qalibi "Sabah" ölkəmizi UEFA Avropa Liqasında təmsil etmək hüququ qazanıb. "Bayquşlar" sözügedən turnirin ilkin təsnifat mərhələsində Sloveniyanın "Sele" komandası ilə üz-üzə gələcəklər. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizdən bu rəqiblə mübarizədə nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Hər bir ssenariyə hazır olmalıyıq. Sloveniya keçmiş Yuqoslaviya ölkəsidir. Adətən keçmiş Yuqoslaviya ölkələrini təmsil edən komandaların heyətlərində fərdi ustalıq səviyyəsi yüksək olan futbolçular cəmləşir. Əminəm ki, "Sele"nin də sıralarında belələri var. Digər tərəfdən, rəqib iki il ardıcıl olaraq ölkəsində titul qazanıb. 2023/2024 mövsümündə Sloveniya çempionu olublarsa, son mövsümdə də ölkə kubokuna sahib çıxıblar. Bu, "Sele"nin sabitliyindən xəbər verir. Ehtiyat etdiyim məqamlardan biri də onların baş məşqçisi Abert Rieradır. İspaniya millisinin sabiq üzvü müəyyən fasilədən sonra 2024-cü ildə yenidən bu komandaya qayıdıb. İspan məşqçidən danışırıqsa, artıq onun futbolçularından nə tələb etdiyini də təxmin edə bilərik. "Sele"nin topu özündə saxlamağa, kombinasiyalı hücumlar qurmağa çalışacağına şübhə etmirəm. Daha bir məqam isə onların ötən mövsüm Konfrans Liqasının 1/4 finalına yüksəlmələridir. "Fiorentina"ya 1 top fərqi ilə yenilərək mübarizəni dayandırdılar. İtaliya təmsilçisi ilə səfərdə 2:2 hesablı heç-heçə etmiş, evdə isə 1:2 uduzmuşdular. Bu fakt onların nə dərəcədə rəqabətədavamlı olmalarının göstəricisidir.

"Sabah"ın yeni transferlərini iş başında görməmişik, lakin ötənilki cinah hücumçularını heyətdə saxlayıblar. İstər Xəyal Əliyev, istər Cesse Sekidika, istərsə də Coy Lens Mikels "qanadlar"da sürətli keçidlər etməyi bacaran oyunçulardır. Bunu "Sele" ilə matçlarda da edə biləcəklərinə əminəm. Azərbaycan təmsilçisinin yeni baş məşqçisi Valdas Dambrauskas oyun üslubunu dəyişmək qərarına gəlsə, avrokubok matçlarında problem yarana bilər. Yəni istənilən üslubun mənimsənilməsi üçün zamana ehtiyac var. Bu səbəbdən Dambrauskasın köklü dəyişikliklər etməyə tələsməyəcəyinə ümid edirəm. bütün bunların fonunda oyunun favoriti "Sele"dir, çünki "Sabah" Avropa Liqasında təcrübəsi olmayan komandadır. "Çəhrayı-qaralar"ın bir neçə mövqedə boşluqları olduğu mövsüm ərzində daxili turnirlərdə də sezilirdi. Məsələn, mərkəz müdafiəçisi və pleymeyker mövqeyində problemlər var idi... Oyun qurucusu almayıblar, ancaq bildiyim qədər mərkəz müdafiəçisi transfer ediblər. Yenilərin komandaya qısa müddətdə nə dərəcədə uyğunlaşacağı da sual altındadır. Hər halda, ilk oyundan sonra daha dolğun fikirlər səsləndirmək mümkündür. Bir daha təkrar edim ki, məncə, indiki durumda favorit "Sele"dir".

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X