Küveyt çempionatında yeni mövsümə start verilib. Fanat.az xəbər verir ki, "Qadisiya" klubuna transfer olunan Daniel Subotiç debüt matçına çıxıb.
"Qəbələ"nin sabiq üzvü ilk oyununda dubl edib. 6-cı dəqiqədə hesabı açan futbolçu 84-cü dəqiqədə ikinci dəfə fərqlənib. "Qadisiya" bundan sonra daha bir qol vuraraq 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Subotiç ötən mövsüm "Qəbələ"də 35 oyun keçirmiş və 13 qol vurmuşdu.
Fanat.az