Topaz Premyer Liqasının IV turu çərçivəsində baş tutacaq "Qəbələ" - AZAL matçı canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, matçı "İdman Azərbaycan" kanalı efirə verəcək.
Artıq qarşılaşmanın başlama saatı da müəyyənləşib. Avqustun 30-da keçiriləcək oyun saat 19.30-da başlayacaq.
Qeyd edək ki, IV turun oyunşları avqustun 29-u, 30-u və 31-də keçiriləcək. Hələlik "İdman Azərbaycan" kanalının proqramına yalnız "Qəbələ" - AZAL matçı salınıb.
Fanat.az