Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə”nin avrokuboka harda hazırlaşacağı bəllidi. Klubdan Fanat.Az-a verilən məlumata görə, Premyer Liqanın dördüncüsü Türkiyədə təlim-məşq toplanışı keçəcək.
İyunun 10-da Türkiyəyə uçacaq "qartallar" ötən yay olduğu kimi, Boluda qalacaq. Bolu hazırlığı 11 gün sürəcək.
Ayxan Abbasovun komandası qardaş ölkədə 3 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi isə dəqiqləşməyib
Fanat.Az