Sentyabrın 4-dən 10-dək Latviyanin Liepaya şəhərində təlim-məşq toplanışı keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Ağaseyid Qasımov heyətdən çıxarılıb və onu "Qəbələ"nin üzvü Qismət Əliyev əvəzləyib.
Qeyd edək ki, Ağaseyid Qasımov U-21-ə çağırılıb. Buna səbəb həmin komandada Hacı Əhmədovla (Qarabağ) Orxan Sadıqlının (Xəzər Lənkəran) zədəyə görə heyətdən çıxarılması olub. U-21 sentyabrın 3-də İsrail, sentyabrın 9-da isə Portuqaliya yığması ilə qarşılaşacaq.
Fanat.az