14:48 12.05.2017 655

Zaman irəliyə, AFFA geriyə

Bu gün Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılışı keçiriləcək. Və beləcə ölkəmiz dünyanın idman tarixinə yeni bir mötəbər idman yarışının ev sahibi, yüksək təşkilatçılıq qabiliyyəti ilə düşmüş olacaq.

 

Razıyam ki, bu yarışın ölkə idmanına elə də ciddi yoxdu. Yenə də Sabirabaddakı Olimpiya İdman Kompleksinin qapıları kasıb-kusub balarının üzünə bağlı olacaq, Lənkərandakı kompleksin tikintisini davam etdirmək heç kimin yadına düşməyəcək, Göyçayda və Şəmkirdəki idman qurğusundan isə otel kimi yararlanacaqlar. Bu yerdə qeyd edim ki, adlarını çəkdiyim rayonlar hamısı şərtidi. Onsuz da, aşağı-yuxarı bütün bölgələrdə vəziyyət eyni cürdü. 


Amma sözümün canı başqadı.


Çoxumuzun ürəyində narazılıqlar var. Neft pullarının düzgün istifadə olunmamasından gileyliyik. Düşünürük və iddia edirik ki, Azərbaycan və azərbaycanlılar daha yaxşı yaşaya bilərdi, dünyanın dörd bir yanına çörək və iş dalıyca yollanmazdılar. Körpələrimiz dünyaya göz açan kimi adlarına bank hesabları açılar, əyalətlərdə yol, elektrik enerjisi, su problemi yaşanmaz, Bakının göbəyində təbii qazın verilişi iki gündən bir kəsilməzdi.


Amma etiraf edək ki, bütün bu əyər-əksikliyin fonunda müsbət dəyişiklik də var. Neft milyonları az da olsa, həyatımızda nələrisə dəyişdirib. Şəhərimizin siması, küçələrdə şütüyən bahalı avtomobillər Bakını 10-15 il bundan əvvəlki ilə müqayisə etməyə imkan vermir. Ticarət mərkəzlərində, kafe və restoranlarda da həyat xeyli qaynardı. İqtisadi çətinliklərə, kredit borclarına baxmayaraq, insanlar özlərinə korluq verməməyə, həyatın ləzzətini çıxarmağa çalışırlar.


Qara tüstü buraxan "Paz”, "Laz”, "Lıvov” avtobuslarını şəhərdaxili marşurutlarda yavaş-yavaş rahat və təhlükəsiz "Baku Bus”lar əvəz edir. "ASAN Xidmət” filialları bürokratik əngəllərdən boğaza yığılmış sadə vətəndaşları bir-neçə saatlığa da olsa, dünyanın qayğılarından uzaqlaşdırır, məişət qayğılarımızı yüngülləşdirir. Bütün bunlar son 5-10 ildə həyatımızda baş verən müsbət dəyişikliklərdi. Razılaşaq ki, mahiyyəti kiçik, amma faydası böyük olan dəyişiklikləri məhz neft milyonlarının sayəsində reallaşdıra bilmişik.


Həmin milyonlardan AFFA da payını alır. Özü də yetərincə ciddi məbləğdə. Azı 10 ildi ki, dövlət səviyyəsində futbol böyük qayğı ilə əhatə olunub. 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramı imzalandı. Hər il AFFA-nın büdcəsinə SOCAR-dan 25-30 milyon pul keçirilir. Amma futbolumuz nəinki kütləviləşib, irəliyə gedib, əksinə, daha da geriləyib. 10-12 il bundan əvvəl az qala hər ay yeni bir komanda yaranırdı, iş adamları futbola axın edirdi, sərmayə qoyub, ciblərinin pullarını xərcləyirdilər. Bu gün isə AFFA Premyer Liqaya buraxmağa 10 komanda tapa bilmir. 8 komandanın ətəyindən yapışıblar, onların da altısı AFFA-nın əlinə baxır.


Hara getdi o adamlar? Nə üçün futboldan üz döndərdilər? Futbolun sevildiyi rayonlarda nə üçün iş adamları yerli komandalara yaxın durmur? Bunun hesabatını AFFA verməlidi. Çünki Azərbaycan Respublikasında futbol siyasətini məhz bu qurum həyata keçirir, bunun üçün dövlət xalqın boğazından pul kəsib AFFA-ya verir. Buyursunlar, cavab versinlər. 


Son 10 ildə həyatımızda çox şey dəyişdi. Təkcə futbolumuzdan başqa. AFFA nə üçün zamandan geri qalır?


Sport7.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
22:00

Bonuççi İtaliya yığmasına qayıdır - Qərar verildi

20:21

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

18:38

Türamın yeni klubu bilindi

17:58

Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

17:37

"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarıldı

17:18

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

16:53

"Everton"dan yeni transfer - RƏSMİ

16:32

AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

16:03

"Belə oynasalar, Niderlandı da məğlub edəcəklər" - Vüqar Nadirov

15:44

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

15:26

"Fəxr edirəm ki, türkəm" - Demiral qol sevincindən danışdı

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:51

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

14:33

"Kəpəz" üç legioneri ilə vidalaşdı

14:15

"Sumqayıt"ın rəqibləri bilindi

13:56

Kuman darmadağını belə şərh etdi

13:38

Kanada millisinin üzvü Fransa nəhənginə keçdi - RƏSMİ

13:20

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

13:01

“Səbail" klubunda yeni müqavilə

12:43

Bunu futbol tarixində bir Merih edə bilib, bir də o

12:24

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

12:07

Türkiyə bunu tarixində ilk dəfə bacardı

11:48

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşdı

11:29

Niderland millisinin üzvü İngiltərə nəhənginə keçməyə razılaşdı - SON DURUM

11:10

Dünya çempionu A Seriyasını La Liqaya dəyişməyə can atır

10:33

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Montella Türkiyənin qələbəsini şərh etdi

09:25

AÇ-2024: Nəticələr və təqvim

09:00

Amerika Kuboku: 1/4 final cütləri bilindi

08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X