"Zirə” daha bir futbolçunu rənglərinə bağlayıb.Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qışda "qartallar”a qoşulan Sadiq Quliyevlə yeni müqavilə imzalanıb.
Sözügedən oyunçu 2017/18 mövsümündə Zirə təmsilçisinin uğurları üçün tər tökəcək.
Qeyd edək ki, Quliyev ötən mövsümün ilk yarısını "Qəbələ"də keçirib.
Fanat.Az