AFFA prezidenti Rövnəq Abdullayev Lənkərana yollanıb. Apasport.az saytının məlumatına görə, assosiasiya başçısı bu gün “Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsində Maltanın “Slima” klubu ilə cavab oyununu izləyəcək.
Lənkəran şəhər mərkəzi stadionunda saat 20:00-da başlayacaq həmin matçı cənub klubunun fəxri prezidenti Mübariz Mənsimov da izləməyə gəlir. Onunla yanaşı, Türkiyədən bir neçə qonağın təşrif buyurmağı gözlənilir.
Qeyd edək ki, “Xəzər Lənkəran” “Neftçi” ilə mayın 28-də Azərbaycan kubokunun Tofiq Bəhramov adına Respublika stadionunun final oyununa Mənsimovla birgə İstanbuldan məşhur şərhçi Rıdvan Dilmən, Türkiyə yığmasının əfsanəvi qapıçısı Rüştü Rəcbər izləməyə gəlmişdi.
İdman24.az