Ölkəmizi Avroliqada təmsil etmək hüququ qazanan "Zirə" hazırlıqlara başlayıb. Fanat.Az xəbər verir ki, bu gün ilk məşqini keçən "qartallar" 10 iyun tarixinədək təmsil etdiyi qəsəbədə məşqlərini sürdürəcək.
Boluya təlim-məşq toplanışına yollanacağı dəqiqləşən "qartallar" şifahi razılıq aldığı futbolçularıyla müqavilə imzalayacaq və yeni transferlərlə bağlı məsələlər komanda Türkiyəyə yollanana qədər götür-qoy ediləcək.
Onu da qeyd edək ki, baş məşqçi Ayxan Abbasov U-23 millimizin heyətində İslamiadada qızıl medallar qazanan "Zirə"lilərə - Sadiq Quliyev, Adil Nağıyev və Vüqar Mustafayevə 1 həftəlik istirahət hüququ verib. Adıçəkilənlər hazırlıqlara gec qoşulacaq.
Fanat.Az