Azərbaycanı 2017/18 mövsümündə Avropa Liqasında təmsil edəcək "Zirə" klubu daha bir futbolçusu ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, qarşılıqlı razılıq əsasında Amadu Sanqare əməkdaşlığa son qoyulub.
Fransalı yarımmüdafiəçi karyerasını başqa komandada davam etdirəcək.
Qeyd edək ki, bunadək "Zirə" Tural Cəlilov, Yamin Ağakərimzadə, Nurlan Novruzov, Elvin Məmmədov və Migel Lorenso ilə vidalaşıb.
Fanat.Az