“Zirə” daha bir futbolçusu ilə bağlı qərarını verib. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Riçard Qadze gələn mövsümdə də paytaxt təmsilçisinin uğurları üçün tər tökəcək.
Ötən mövsüm komandaya cəlb edilən qanalı forvardla danışıqlar müsbət nəticələnib və o, yeni 1+1 illik müqaviləyə qol çəkib. Yəni 23 yaşlı oyunçu gələn mövsüm özünü yaxşı tərəfdən göstərə bilsə, anlaşmasının müddəti daha 1 illik uzadılacaq.
Qeyd edək ki, yay fasiləsində Nicat Qurbanov, Vüqar Mustafayev və Rəşad Sadiqovu transfer edən “Zirə” Migel Lorenzo, Tural Cəlilov. Nurlan Novruzov, Yamin Ağakərimzadə, Elvin Məmmədov və Amadu Ben Sanqarla yolları ayırıb.
Fanat.Az