UEFA Çempionlar Liqasının və Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasiminin vaxtını açıqlayıb. Azerisport.az xəbər verir ki, mərasim iyulun 19-da keçiriləcək.
Həmişəki kimi püşk UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılacaq. Həmin gün Bakı vaxtı ilə saat 15.00-da Çempionlar Liqasının, bir saat sonra Avropa Liqasının püşkü atılacaq.
Reqlamentə əsasən Çempionlar Liqasının bu mərhələsində 20 komanda iştirak edəcək ki, bunlardan 3-cü birbaşa vəsiqə qazanan, qalan 17-si isə ikinci təsnifat mərhələsinin qalibləri olacaq. Avropa Liqasının üçüncü təsnifat mərhələsində yer alacaq 58 komandadan 40-ı birinci təsnifat mərhələsinin qalibi, 18-i birbaşa vəsiqə qazananlar olacaq.
Qeyd edək ki, bu mövsüm Azərbaycanı Çempionlar Liqasında “Neftçi”, Avropa Liqasında “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” klubları təmsil edir.
İdman24.az