Ölkəmizi Avroliqada təmsil edəcək “Zirə” daha bir futbolçunu rənglərinə bağlayıb. Fanat.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, mərkəzi afrikalı David Manqa “qartallar”la 2 illik müqavilə bağlayıb.
Hücumameyilli yarımmüdafiəçi Fransanın PSJ klubunun yetiriməsidi. Manqa daha öncə Almaniya, İsrail və Serbiyada da çıxış edib. Onun son klubu isə İsrail “Hapoel Aşkelon”u olub.
Qeyd edək ki, David Manqa 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında oynayır.
Fanat.Az