"Məşq yükləmələri nəticəsində yaranmış yorğunluq fonunda oynadıq”. Fanat.Az xəbər verir ki, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib.
Boluda təlim-məşq toplanışında “İnter” dünən digər təmsilçimiz “Zirə”yə yoxlama görüşündə 2 cavabsız qolla uduzub. Oyunu şərh edən Svanadze yenilgini dəyərləndirib: “Bəzi futbolçular yorğun görünürdülər. Birinci dəqiqədə qolu rəqibə hədiyyə etdik. Sonra irəliyə can atdıq, qol vəziyyətləri yaratdıq, lakin hesabı bərabərləşdirə bilmədik. İkinci hissədə digər futbolçulara da şans verdik. Toplanış çərçivəsində daha bir oyun keçirəcəyik. Hazırlığımızı davam etdirib, çatışmayan cəhətlərin üzərində işləyəcəyik".
Fanat.Az