Boluda təlim-məşq toplanışında olan “Zirə” dünən yoxlama oyununda digər təmsilçimiz "İnter"i 2:0 hesabıyla üstələyib. Fanat.Az xəbər verir ki, sınaq matçının ardından "qartallar"ın baş məşqçisi Ayxan Abbasov matç haqda danışıb:
“İlk yoxlama matçımız idi. İki heyətlə oynadıq. Bizim üçün futbolçuların meydandakı hərəkətliliyi vacib idi. Ötən həftə ağır məşqlərimiz oldu, bu həftə isə əsasən taktiki-texniki hazırlıq üzərində işləmişdik. Müəyyən tapşırıqlarımız var idi ki, futbolçuların onu necə yerinə yetirməsini görmək istəyirdik. Oyunçular da verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Ümumilikdə, hər iki hissədən razı qaldım. Bununla belə, görüləcək işlər çoxdu. Çünki bizə yeni qoşulan futbolçular da var. Onların uyğunlaşması üçün zamana ehtiyac var. Qarşıdakı yoxlama matçlarında çatışmazlıqları aradan qaldıraraq, Avropa Liqasına tam hazır olmağa çalışacağıq".
Fanat.Az