Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə meydana çıxıb.
Təmsilçimizin rəqibi Milan "İnter"i olub. "Cüzeppe Meatsa" stadionunda keçirilən matçınr taleyini iki qol həll edib və "İnter" 2:0 hesablı qələbə qazanıb. Hesabı 18-ci dəqiqədə Danilo Dambrosio açıb. 85-ci dəqiqədə isə Mauro İkardi fərqlənib.
Qeyd edək ki, Avropanın tanınmış klublarından olan "İnter" 1908-ci ildə yaradılıb. 106 yaşlı klub tarixi ərzinhdə A Seriyasının (18 dəfə), ölkə kubokunun (7), İtaliya Superkubokunun (5), Çempionlar Liqasının (3), UEFA Kubokunun (3), klublararası dünya çempionatının (3) qalibi olub.
"Qarabağ"ın yer aldığı F qrupunda bu gecə daha bir oyun keçirilib və "Sent-Etyen" "Dnepr"lə "sülh" bağlayıb - 0:0. Fransa klubu ilk turda Bakıda "Qarabağ"la da 0:0 hesablı heç-heçəyə razılaşmışdı. "İnter" isə səfərdə "Dnepr"i 1:0 hesabı ilə məğlub etmişdi.
Avropa Liqası
Qrup mərhələsi
I tur
İnter (İtaliya) - Qarabağ (Azərbaycan) 2:0
Qollar: Danilo Dambrosio, 18. Mauro İkardi, 85.
İnter: 30. Xuan Pablo Karrizo, 5. Xuan Xesus, 6. Marko Andreolli, 9. Mauro İkardi, 13. Fredi Quarin (7. Dani Osvaldo, 63), 17. Zdravko Kuzmanoviç (18. Qari Medel, 59), 88. Hernanes (20. Coel Obi, 72), 23 Andrea Ranoççia (k), 33. Danilo Dambrosio, 55. Yuto Naqatomo, 90. Yann Mvila.
Ehtiyat oyunçular: 1. Samir Handanoviç, 8. Rodriqo Palasio, 15. Nemanya Vidiç, 25. İbrahima Mbaye.
Baş məşqçi: Valter Matsari.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 7. Namiq Yusifov (k) (17. Vüqar Nadirov, 55), 9. Reynaldo Silva, 10. Muarem Muarem, 18. İlqar Qurbanov (14. Rəşad Sadıqov, 68), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc (77. Cavid Tağıyev, 62), 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 33. Şəhriyar Əliyev, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Xuan Xesus, 80 - Muarem Muarem, 90+5.
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Andrey Getsikov, Oleq Maslianka (belarus).
Əlavə hakim köməkçiləri: Sergey Tsinkeviç, Dzianis Şerbakov (Belarus).
UEFA nümayəndəsi: Joze Gilyerme Agiar (Portuqaliya).
Hakim-inspektor: Frank De Bleekere (Belçika).
Milan. "Cüzeppe Meatsa" stadionu.
1 | İnter | 2 | 2 | 0 | 0 | 3:0 | 6 |
2 | Sent Etyen | 2 | 0 | 2 | 0 | 0:0 | 2 |
3 | Dnepr | 2 | 0 | 1 | 1 | 0:1 | 1 |
4 | Qarabağ | 2 | 0 | 1 | 1 | 0:2 | 1 |
Fanat.az