Boluda təlim-məşq toplanışında olan “İnter” bu gün son yoxlama matçına çıxacaq. Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi "Vitorul Konstanța" ilə qarşılaşacaq.
Georgi Hacinin çalışdırdığı Rumıniya klubu ilə keçiriləcək hazırlıq matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, toplanış çərçivəsində artıq iki yoxlama oyunu keçirmiş “İnter” Kamerun klubu “Columbe Sportive”yə 1:0 hesabı ilə qalib gəlib, digər təmsilçimiz “Zirə”yə 0:2 hesabı ilə uduzub.