“Zirə” Türkiyə toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirəcək. Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Kamerunun “Columbe Sportive” klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək.
“Columbe Sportive” bundan öncə Boluda digər klubumuz “İnter”lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. “Zirə” isə ilk yoxlama görüşündə “İnter”ə 2 cavabsız qolla qalib gəlib.