Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün son yoxlama matçını keçirib. Fanat.Az xəbər verir ki, "ağ-göylər" öncədən planlaşdırıldığı kimi, "Vitorul Konstanța" ilə gücünü sınayıb.
Bolunun "Düzce" stadionunda reallaşan oyunda Bakı təmsilçisi Georgi Hacinin yetirmələrini 2:1 hesabıyla üstələyib. "İnter"in qollarını Rauf Əliyev və Samir Zərgərov vurub.
Qeyd edək ki, “İnter” daha öncə Kamerun təmsilçisi “Columbe Sportive”yə 1:0 hesabı ilə qalib gəlib, “Zirə”yə 0:2 hesabı ilə yenilib.
Fanat.Az