“Zirə” Türkiyə toplanışı çərçivəsində bu gün son sınaq matçını keçirib. Fanat.Az xəbər verir ki, "qartallar" Georgi Hacinin çalışdırdığı Rumıniya klubuyla - “Vitorul Konstanta” ilə qarşılaşıb.
Oyun Ayxan Abbasovun komandasının 1:2 hesablı yenilgisiylə başa çatıb. Orxan Əliyev 3-cü dəqiqədə hesabı açsa da, təmsilçimiz ikinci yarıda üstünlüyünü əldən verib.
“Zirə” bunadək Boluda Bakı “İnter”inə 2:0, Kamerunun “Columbe Sportive” klubuna 8:0 hesabıyla qalib gəlmişdi.
Fanat.Az