“Zirə”nin Avroliqanın I təsnifat mərhələsində “Differdanj”la keçirəcəyi ilk matçın başlanma saatı bəllidi. Fanat.Az xəbər verir ki, informasiyanı Lüksemburq klubunun rəsmi saytı yayıb.
İyunun 29-da “Dalğa Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, cavab görüşü iyulun 6-da keçiriləcək.
Fanat.Az