“Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına hazırlıq çərçivəsində daha bir futbolçu ilə güclənib. Fanat.Az xəbər verir ki, rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.
Qabriel Matey ölkəsində “İnternasional”, “Panduri”, “Styaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyinib. Son mövsümdə isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.
Fanat.Az